“Sabah” ilk sınağından qələbə ilə ayrıldı

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Sabah” Sloveniyada ilk yoxlama oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, Krunoslav Renduliçin rəhbərlik etdiyi kollektiv “Koper”lə qarşılaşıb. Matç “Sabah”ın qələbəsiylə başa çatıb – 1:0.

Görüşdə yeganə qolu birinci hissədə Abdulla Xaybulayev vurub.

“Sabah” Konfrans Liqasında II təsnifat mərhələsində “Makkabi” (Hayfa, İsrail) ilə qarşılaşacaq. Komandalar arasındakı ilk oyun iyulun 25-də Macarıstanda olacaq. Cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.