Kazemiro “Mançester Yunayted”dən ayrılacaq

“Mançester Yunayted”in futbolçusu Kazemiro yayda klubu tərk edəcək.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “qırmızı şeytanlar”dakı mövqeyindən narazıdır. O, yeni səhifə açmaq arzusundadır. Bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Səudiyyə Ərəbistanı klubları artıq Kazemiro ilə danışıqlara başlayıb. Klub da braziliyalını satmağa razıdır.

Kazemiro bu mövsüm Premyer Liqada 23 oyunda meydana çıxıb.