“Qalatasaray” çempionluğunu rəsmiləşdirə bilər

“Qalatasaray” bu gün Türkiyə Super Liqasının 36-cı turunda “Karagümrük”ün qonağı olacaq.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi bu gün qələbə qazanacağı halda, çempionluğunu rəsmiləşdirə bilər. Bunun üçün isə “Fənərbağça” “Kayserispor”la oyunda xal itkisi ilə üzləşməlidir.

“Qalatasaray” sona üç tur qalmış 96 xalla liderdir. İkinci “Fənərbağça”nın isə 90 xalı var.

Hər iki komandanın oyunu bu gün saat 20:00-da başlayacaq.