Bu gün:


FutbolPress.Az | "Şapekoense" növbəti təyyarə qəzasından son anda xilas oldu

"Şapekoense" növbəti təyyarə qəzasından son anda xilas oldu


oxunma sayı: 126 Paylaş:

FutbolPressBraziliyanın "Şapekoense" futbol klubunun təyyarəsi Buenos-Ayresdən qayıdarəkən məcburi eniş edib.

Libertadores kubokunda "Lanus"la matçdan (2:1) sonra futbolçuları Şapeko şəhərinə gətirən təyyarə Portu-Aleqri hava limanına məcburi eniş edib. Buna səbəb təyyarənin enməli olduğu hava limanının uçuş zolağında yaranan problemlərdir. Təyyarə Portu-Aleqriyə eniş etdikdən sonra futbolçular avtobusla Şapekoya yola salınıb. Onlar 11 saata evlərinə çatıblar.

Ötən il noyabr ayının 29-da "Şapekoense" klubunu Cənubi Amerika kubokunun finalına aparan təyyarə qəzaya uğramışdı. Qəzada 76 nəfər həyatını itirmişdi.



oxunma sayı: 126 | Paylaş: