PSJ-nin futbolçusu “Barselona”nı arzulayır

Müqavilə əsasında PSJ-yə məxsus “Leyqsiq”in vingeri Xavi Simons “Barselona”da çıxış etmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Qeyd olunub ki, yaxın vaxtlarda futbolçunun agenti Kataloniya təmsilçisi ilə əlaqə saxlayacaq.

Simons bu mövsüm 42 oyunda 9 qol və15 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Paris təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.