Ziyex “Qalatasaray”la müqavilə imzaladı

“Qalatasaray” ötən mövsümü icarə əsasında komandada keçirən Hakim Ziyexin transfer hüquqlarını alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mərakeşli vinger ilə 1+1 illik müqavilə imzalanıb.

Ziyex ötən yay “Çelsi”dən “Qalatasaray”a icarə əsasında keçib. O, İstanbul klubunda 23 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə edib.