Bundesliqa: “Ayntraxt”la “Maynz” qələbə qazandı

Almaniya Bundesliqasında XII tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, turun son oyun günündə 2 matç baş tutub. “Maynz” Conatanın qollarıyla 3 xalı aktivinə yazdırıb. “Aynraxt” isə səfərdə “Haydenhaym”ı darmadağın edib.

Turun mərkəzi matçı sayılan “Borussiya” – “Bavariya” oyunu sülhlə bitib. “Volfsburq” isə səfərdə “Leypsiq”i darmadağın edib. “Bayer” minimal hesablı qələbə qazanaraq, ilk “üçlüy”ə daxil olub.

Turun ilk günündə bir oyun baş tutub. “Sankt Pauli” doğma tribunalar önündə “Kiel”ə qalib gəlib.

Almaniya Bundesliqası

XII tur

29 noyabr

Sankt Pauli – Kiel 3:1

Qollar: M.Saliakas, 25, M.Quylavocui, 56, Y.Eqqeşteyn, 85 – P.Harres, 90+1

30 noyabr

Auqsburq – Boxum 1:0

Qol: P.Tietz, 38 (pen.)

Verder Bremen – Ştuttqart 2:2

Qollar: J.Ncinmah, 6, J.Steyc, 77 – E.Demiroviç, 20, 85

Frayburq – Borussiya Münhenqladbax 3:1

Qollar: L.Holer, 41, 63, R.Doan, 49 – T.Kleyndyenst, 61

Leypziq – Volfsburq 1:5

Qollar: V.Orban, 82 – M.Amoura, 4, 16, T.Tomas, 5, Y.Maehle, 64

Yuniyon Berlin – Bayer Leverkuzen 1:2

Qollar: Y.Vu-Yonq, 29 – J.Frimponq, 2, P.Şik, 71

Borussiya Dortmund – Bavariya 1:1

Qollar: C.Qittens, 27 – C.Musiala, 85

1 dekabr

Maynz – Hoffenhaym 2:0

Qollar: C.Burkardt, 4, 24

Haydenhaym – Ayntraxt Frankfurt 0:4

Qollar: O.Marmuş, 22, 58, F.Şaibi, 49, H.Ekitike, 90+4