“Zirə”nin Avropa Liqasındakı rəqibi “Şerif” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Moldova təmsilçisi qapıçı Raşed Əl-Tumini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Malta yığmasının qolkiperi olan Raşed karyerası ərzində İtaliyada “Palermo”, “Kasarano”, “Arzakena” və “Noçerina”da çıxış edib. O, son iki mövsümü ölkəsinin “Slima Uonderers” klubunda keçirib.
“Zira” Avroliqanın I təsnifat mərhələsində iyulun 11-də Moldovada “Şerif”lə qarşılaşacaq. Cavab görüşü bir həftə sonra Bakıda olacaq.