Zidandan sonra ikinci – Lamin Yamal

İspaniya millisi Avro-2024-ün 1/8 final mərhələsində Gürcüstanı mübarizədən kənarlaşdırıb – 4:1.

Futbolpress.az xəbər verir ki, oyunda ispaniyalı vinger Lamin Yamal bir məhsuldar ötürmə ilə yadda qalıb.

16 yaşlı futbolçu Avropa çempionatlarında həm də bir matçda azı 5 zərbə endirən və eyni sayda şans yaradan ikinci oyunçu olub. Ondan əvvəl fransalı Zinəddin Zidan Avro-2004-də İngiltərə ilə matçda buna nail olub.

Yamal Gürcüstanla görüşdə ümumilikdə 7 zərbə endirib və komanda yoldaşları üçün 6 şans yaradıb.