Zidan “Bavariya”nın baş məşqçisi olacaq?

Zinəddin Zidan “Bavariya”nın baş məşqçisi olacağına dair sualı cavablandırıb.

Futbolpress.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Zidan “Bavariya”nı çalışdırmayacağını deyib.

Komandanın hazırkı baş məşqçisi Tomas Tuxel mövsümün sonunda komandadan ayrılacaq.

Hazırda klub rəhbərliyinin baş məşqçi axtarışları davam edir.