Rusiyanın “Zenit” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Botafoqo”dan Luis Henrikeni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Oyunçu ilə müqavilə 2028-ci ilin sonuna kimi nəzərdə tutulub.
“Zenit” 24 yaşlı vinger üçün Braziliya klubuna 33 milyon avro ödəyəcək.
Henrike Braziliya çempionatında ümumilikdə 108 oyunda 17 qol vurub, 10 məhsuldar ötürmə edib. O, Braziliya yığmasında 6 oyunda 2 qol vurub.