Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin VII turuna start veriləcək.
Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.
Türkiyənin “Qalatasaray” komandası azarkeşləri önündə Kiyev “Dinamo”su ilə qarşılaşacaq. “Qalatasaray” 6 turdan sonra 12 xalla 6-cı sıradadır. “Dinamo” isə xalsızdır və 36 komanda arasında sonuncudur.
“Qarabağ” bu turda Rumıniyanın “Styaua” klubu ilə üz-üzə gələcək. Matç yanvarın 23-də Bakıda baş tutacaq.
UEFA Avropa Liqası
Liqa mərhələsi, VII tur
21 yanvar
19:30 Qalatasaray (Türkiyə) – Dinamo (Kiyev, Ukrayna)