“Barselona”nın mərkəz yarımmüdafiəçisi Mark Kasado yaxın gələcəkdə karyerasını “Çelsi”də davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, London təmsilçisi yay transfer pəncərəsi zamanı Kataloniya klubunun 21 yaşlı oyunçusunu almaq üçün cəhd edəcək. Kasado bu mövsüm bütün yarışlarda 30 matçda meydana çıxıb və altı məhsuldar ötürmə edib.
Kasadonun “Barselona” ilə hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Nüfuzlu “Transfermarkt” internet portalının məlumatına görə, futbolçunun dəyəri 30 milyon avrodur.