Xabi Alonso: “Həyat davam edir”

“Bayer”in baş məşqçisi Xabi Alonso Avropa Liqasının finalında “Atalanta”ya məğlub olduqları görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, funksioner 0:3 hesabıyla başa çatan matçla bağlı bunları deyib:

“Atalanta” bizdən daha güclü idi, bunun əksini demək olmaz. İstədiyimiz kimi oynaya bilmədik. Mövsümdə ilk məğlubiyyətimizi yaşadıq, ancaq həyat davam edir.

Səhvlərimizi təhlil edəcəyik. Çatışmazlıqlara baxmalı, daha diqqətli olmalıyıq”.

“Bayer” 51 oyundan sonra uduzub.