Xəstəxanalıq olan macar futbolçunun son durumu bilindi

Macarıstan Futbol Federasiyası dünən Avro-2024-də Şotlandiya ilə matçda xəstəxanalıq olan Barnabaş Varqanın son durumunu açıqlayıb.

Futbolpress.az xəbər verir ki, 29 yaşlı hücumçu yaxın zamanda əməliyyat olunacaq:

“Toqquşma zamanı Varqanın üzündə bir neçə sümük sınıb. O, həmçinin beyin silkələnməsi keçirib. Ştutqartda xəstəxanada gecələyən Varqa böyük ehtimalla, əməliyyat olunacaq. Bütün komanda onun yanındadır”.

Macarıstan Şotlandiyanı 1:0 hesabıyla məğlub edib. Varda 68-ci dəqiqədə rəqib qapıçı Anqus Qunn ilə toquşduqdan sonra yerdə qalıb.