Türkiyəli futbolçu: “İnanılmaz dərəcədə xoşbəxtəm”

Türkiyə millisinin futbolçusu Ferdi Kadıoğlu Avro-2024-ün 1/8 final mərhələsində Avstriyanı məğlub etdikləri görüşdən sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, o 2:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“İnanılmaz dərəcədə xoşbəxtəm. Çox əzmkar mübarizə apardıq və 1/4 finala yüksəlməyi haqq etdik. Bacardığımız qədər irəli getmək istəyirik”.

Türkiyə 1/4 finalda Niderlandla qarşılaşacaq.