Terziç: “Lazım gəlsə, meydanda 20 km daha artıq qaçacağıq”

Bu gün PSJ UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində “Borussiya”nı qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, oyundan öncə mətbuat konfransında iştirak edən “Borussiya”nın baş məşqçisi Edin Terziç matçla bağlı fikirlərini bölüşüb:

“Biz qrup mərhələsində göstərmişdik ki, PSJ-yə qarşı fərqli oyun göstərmək olar. Burada intensivlik əsas amildir. Mərhələnin ilk oyununda qazandığım uğurda intensivlik əsas rol oynadı. Lazım gəlsə, meydanda 20 km daha artıq qaçacağıq. Ən yaxşı formada meydana çıxmalıyıq. Əks halda onlar bizi üstələyə bilər”.

Bu komandalar arasında keçirilən ilk oyunda “Borussiya” rəqibini 1:0 hesabı ilə məğlub etmişdi.