Türkiyəli mütəxəssis Fatih Terim Səudiyyə Ərəbistanında işləyəcək.
Futbolpress.az xəbər verir ki, 71 yaşlı məşqçi “Əl Şabab” klubu ilə razılaşıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Terimin adı daha öncə “Neftçi” ilə hallanırdı.
Karyerası ərzində “Fiorentina”, “Qalatasaray” kimi klublara rəhbərlik edən mütəxəssisin son ünvanı Yunanıstanda “Panatinaikos” olub.