Ten Haq: “Gələcəyim haqda düşünmürəm”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq gələcəyi ilə bağlı açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis “qırmızı şeytanlar”dakı taleyi ilə bağlı suala belə cavab verib:

“Gələcəyim? Bu haqda düşünmürəm. Komandanı bacardığım qədər hazırlamağa çalışıram. Problemlərimiz çoxdur və çətin dönəmdən keçirik. Tək düşündüyüm yaxşı oynamaq və nəticələr qazanmaqdır”.

“Mançester Yunayted” Premyer Liqada 35 oyundan sonra 54 xalla 8-ci sıradadır.