Tanınmış futbolçu Rusiya klubu ilə razılaşdı

“Barselona”nın sabiq futbolçusu Miralem Pyaniç karyerasını Rusiyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, bosniyalı yarımmüdafiəçi ÇSKA ilə anlaşıb. Oyunçu keçidinin tamamlanması üçün bu gecə Moskvaya gəlib.

Son klubu Birləşmiş Ərəb Əmirliklərində “Əl Şarca” olan 34 yaşlı futbolçu daha əvvəl Fransada “Mets”, “Lion”, İtaliyada “Roma”, “Yuventus”, İspaniyada “Barselona”, Türkiyədə “Beşiktaş”da forma geyinib.