İtaliyalı hücumçu Mario Balotelli karyerasını Bolqarıstanda davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, azad agent olan 34 yaşlı futbolçu bu ölkənin ÇSKA klubu ilə danışıqlar aparır. Bu barədə “topsport.bg” saytı məlumat yayıb. Xəbərdə danışıqların son mərhələdə olduğu bildirilib.
Balotellinin son ünvanı Türkiyədə “Adana Demirspor” olub. Hücumçu daha əvvəl ölkəsində “İnter”, “Milan”, “Breşiya”, “Montsa”, Fransada “Nitsa”, İngiltərədə “Liverpul”, “Mançester Siti”, İsveçrədə “Sion” kimi komandaların formasını geyinib.