Azərbaycan güləşçisi Həsrət Cəfərov Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.
Futbolpress.az xəbər verir ki, o, medal qazandığı görüşdan sonra Güləş Federasiyasının mətbuat xidmətinə fikirlərini bölüşüb:
“Əlbəttə, təəssüratlar yaxşıdır. Allaha şükürlər olsun, olimpiya üçüncüsü oldum. Məni dəstəkləyən, məni izləyən hər kəsə təşəkkürümü bildirirəm. Düzdür, qızıl medalın yeri başqadır. Ancaq şükürlər olsun ki, vətənə medalsız qayıtmıram. Komandamızın üstündə qara bulud var idi. Medal açılışını etdik. İnşallah, digər güləşçilərimiz davamını gətirər. Daha da yaxşı hazırlaşıb, bundan da yüksək nəticələr qazanmağa çalışacağam”.