İtaliya millisində baş məşqçi Luçano Spaletti ilə bağlı qərar verilib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis komandanın Avro-2024-də uğursuz çıxışına baxmayaraq, işində qalacaq. Bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina açıqlama verib.
Spaletti 2026-cı ildə keçiriləcək dünya çempionatına qədər yığmanın sükanı arxasında olacaq.
İtaliya millisi Avro-2024-də mübarizəni 1/8 finalda dayandırıb. Komanda bu mərhələdə İsveçrəyə uduzub – 0:2.