Qış təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün ilk yoldaşlıq matçını keçirib.
Futbolpress.az xəbər verir ki, Masazır təmsilçisi “Şamaxı” ilə üz-üzə gəlib. “Bank Respunlika Arena”da baş tutan qarşılaşma “bayquşlar”ın 2:0 hesablı qələbəsiylə yekunlaşıb. 3 hissə davam edən oyunda qolları Cesse Sekidika və Xəyal Əliyev vurub.
Mövsümün ilk yarısından sonra “Sabah” 26 xalla turnir cədvəlində 5-ci, “Şamaxı” isə 17 xalla 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, “Şamaxı” isə ilk sınaq oyununda “Zirə”yə uduzub – 1:3.