Sabiq “Real”lı yenidən La Liqaya qayıda bilər

“San Paulo”nun hücumçusu Xames Rodriqes İspaniya çempionatına qayıda bilər.

Futbolpress.az xəbər verir ki, onun xidmətində “Selta” maraqlıdır.

La Liqa klubu yaxın vaxtlarda kolumbiyalıya görə qarşı tərəfə rəsmi təklif göndərəcək.

Rodriqes 2014-2020-ci illərdə “Real”da çıxış edib.

32 yaşlı futbolçu ilə həmçinin “Everton” maraqlanır.