Sabiq “Fənərbağça”lı “Trabzonspor”la müqavilə imzaladı

“Trabzonspor” yarımmüdafiəçi Ozan Tufanla müqavilə imzalayıb.

Futbolpress.az xəbər verir ki, İngiltərənin “Hull Siti” klubundan transfer edilən futbolçu ilə 3+1 illik sözləşmə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçi daha əvvəl Türkiyədə “Bursaspor”, “Alanyaspor”, “Fənərbağça”da çıxış edib.