“Sabah”ın rəqibi hücumçusunu ruslara sata bilər

“Sabah”ın Konfrans Liqasındakı rəqibi “Makkabi”də (Hayfa) hücumçu Frants Pyero klubu tərk edə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Haiti-Tempo” nəşri məlumat yayıb.

Xəbərdə forvardın “Krasnodar”ın maraq dairəsində olduğu bildirilib. Rusiya təmsilçisi 20 yaşlı futbolçu üçün danışıqlara başlayıb.

Pyero ötən mövsüm “Makkabi”də 50 oyunda 25 qol vurub. Onun “transfermarkt”da dəyəri 3 milyon avrodur.

“Sabah” “Makkabi” ilə ilk oyunu iyulun 25-də səfərdə, cavab görüşünü isə avqustun 1-də Bakıda keçirəcək.