İngiltərənin “Plimut” klubunda baş məşqçi Ueyn Runi ilə yollar ayrılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
“Plimut” çempionatda 23 turdan sonra 18 xalla 24 komanda arasında sonuncudur.