Runinin arzusu

Çempionşip təmsilçisi “Plimut”un baş məşqçisi Ueyn Runi arzusunu dilə gətirib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis iki Premyer Liqa klubunun birində işləmək istəyir:

“Mənim arzum aydındır. Həmişə demişəm ki, bir gün “Everton” və ya “Mançester Yunayted”ə rəhbərlik etmək istəyirəm”.

Runi müxtəlif illərdə “Everton” və “Mançester Yunayted”in formasını geyinib.