Portuqaliyalı hücumçu Kriştiano Ronaldo Avropa çempionatlarında 30-cu oyununa çıxıb.
Futbolpress.az xəbər verir ki, 39 yaşlı forvard 1/4 finalın Fransa ilə matçında forma geyinib. Ronaldo Avropa çempionatlarında ən çox oyun keçirən futbolçudur.
İkinci sırada onun komanda yoldaşı Pepe yer alıb. Fransa ilə görüş 41 yaşlı müdafiəçinin turnirdəki 23-cü görüşü olub.
Portuqaliya əsas vaxtı qolsuz başa çatan görüşün penaltilər seriyasında Fransaya uduzub və mübarizəni dayandırıb.