Roke niyə az oynayır? – Xavidən açıqlama

“Barselona”nın baş məşqçisi Xavi komandanın hücumçusu Vitor Rokenin az şans qazanmasına münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis braziliyalı hücumçu haqda bunları deyib:

“Roke yanvarda deyil, iyulda bizə qoşulmalı idi. Lakin zədələrə görə onu tez çağırmalı olduq. O, hələ də inkişaf etməli və çox şey öyrənməlidir. Heyətdə kifayət qədər güclü oyunçularımız var”.

Roke bu mövsüm 13 oyunda meydana çıxıb. “Barselona” 19 yaşlı futbolçunu 40 milyon avroya transfer edib.