“Barselona” İspaniya La Liqasının sonuncu – XXXVIII turunda “Sevilya”nı məğlub edib.
Futbolpress.az xəbər verir ki, bu görüş baş məşqçi Xavinin kataloniyalılardakı sonuncü görüşü olub.
Mütəxəssis “Barselona”nı 143 matça çıxarıb. O, oyun sayında “10-luğ”a düşüb. Xavi “Barselona” ilə ən çox oyun keçirənlər sırasında 10-cu olan Helenio Herreraya çatıb.
Bu göstəricidə rekordçu Yoan Kroyffdur. Keçmiş mütəxəssis “Barselona”nı 421 oyuna çıxarıb.
“Barselona” La Liqada 2023/2024 mövsümünü 85 xalla ikinci sırada bitirib.