Rekordçu avropalı

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Avropa çempionatlarında 50-ci oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, 39 yaşlı hücumçu dünən Avro-2024-ün F qrupunun Gürcüstanla matçında meydana çıxıb. Ronaldo turnir tarixində 50 oyun keçirən ilk Avropalı futbolçu olub.

Portuqaliya yığması Gürcüstana 0:2 hesabıyla uduzub. Qrupu 6 xalla lider bitirən portuqallar 1/8 finalda Slovakiya ilə üz-üzə gələcək.