“Real” 2 futbolçusu haqda qərarını verdi

“Real” Dani Karvahal və Lukas Vaskeslə yeni müqavilə imzalamaq niyyətindədir.

Futbolpress.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

Vaskesin “kral klubu” ilə anlaşması mövsümün sonunda, Karvahalla isə 2025-ci ilin yayında başa çatacaq.

Vaskes 35 oyunda 2 qol, Karvahal isə 39 oyunda 5 qolla yadda qalıb.