Azərbaycan Premyer Liqasının V turunun “Sumqayıt” – “Araz-Naxçıvan” oyunundan (0:1) sonra qonaq komandanın məşqçisi Rasim Ramaldanov jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…
– Sumqayıtda oynamaq xoşdur. Dinamik və maraqlı oyun keçdi. Futbolçulara təşəkkür edirəm. Yaxşı oynadılar. Düzdür, qoldan sonra geri çəkildik və bəzi şeylər alınmadı. Buna baxmayaraq, qələbə həmişə gözəldir.
– Ötən tur son son dəqiqə qolu ilə qələbəni əldən vermişdiz. Bəzən belə anlarda ya komandada ruh düşkünlüyü yaranır, bəzən də qisas hissi. Sizdə hansı oldu?
– Bu, hansısa siqnal idi. Qol vurandan sonra komanda sanki geri çəkilir. Bunu aradan qaldırmağa çalışacağıq.
– Qarşıdakı fasilə komandaya necə təsir edəcək?
– Çatışmazlıqlar var. Yeni oyunçular da gəlib və uyğunlaşmaları üçün yaxşı period olacaq. Düşünürəm ki, fasilə xeyrimizə olacaq.
– Qarşınıza hansı hədəf qoyulub?
– Konkret hədəf qoyulmayıb. Maksimumu üçün çalışacağıq, alınsa, avrokuboklara düşmək istəyirik.
Şahin Cəfərov