Azərbaycan Premyer Liqasının VI turunun “Araz-Naxçıvan” – “Kəpəz” oyunundan (1:0) sonra meydan sahibi komandanın məşqçisi Rasim Ramaldanov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…
– Azər Bağırova və “Kəpəz”ə uğurlar arzulayıram. Çətin oyun olacağını gözləyirdik. “Kəpəz” neçə turdur ki, uduzurdu. Nə vaxtsa, bu seriya qırılmalı idi. Uşaqlar sağolsunlar, hamısı sona qədər oynadılar. Birinci hissədə diqtə edirdik, yaxşı hücumlar qurduq, son nöqtəni qoya bilmirdik. Bəxtsizlik var idi. İkinci hissədə eyni başladıq. Dəyişikliklərdən sonra qol vurduq və qalib gəldik.
– Qələbələrin davamının gəlməsi üçün nə edəcəksiz?
– Dayanmamalıyıq, qələbələr qazansaq da, davam etməliyik. Səhvlərimiz var, onların üzərində işləməliyik. Bir az da yaxşılaşdırmalıyıq. Bu, komandanın piki deyil.
– Komandanın sona qədər avrokuboklar zonasında qalmaq ehtimalı var?
– Avrokuboklardan konkret heç nə danışmaq istəmirəm. Amma komandamıza inanırıq. Yaxşı futbolçularımız var. Hər oyunda daha yaxşı komanda görəcəyik. Qarşıdakı oyunları fikirləşib, hazırlaşırıq.