“Qalatasaray” futbolçusu Dris Mertenslə müqaviləni uzadıb.
Futbolpress.az xəbər verir ki, belçikalı hücumçu daha bir mövsüm “sarı-qırmızılar”ın şərəfini qoruyacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mertens 2022-ci ildən “Qalatasaray”da forma geyinir. O, Super Liqada 66 oyunda 15 qol vurub, 22 məhsuldar ötürmə edib.