“Sumqayıt”dan ayrılan Masaki Murata karyerasını Danimarkada davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi “Veyle” ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Masaki 2023-cü ilin yanvarından “Sumqayıt”da çıxış edirdi. O, Premyer Liqada 51 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.