“Qalatasaray” Barışa qiymət qoydu

“Qalatasaray” futbolçusu Barış Alper Yılmaza qiymət qoyub.

Futbolpress.az xəbər verir ki, “cim-bom” 24 yaşlı cinah oyunçusunun satışından azı 30 milyon avro qazanmağı planlaşdırır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Barışla İngiltərənin “Mançester Yunayted”, İtaliyanın “Napoli”, Almaniyanın “Leypsiq” və “Ayntraxt” klubları maraqlanır.

Futbolçu ötən mövsüm 55 oyunda 7 qol vurub, 12 məhsuldar ötürmə edib.