Pyaniçin ruslarla razılaşmasının detalları bilindi

Bosniyalı futbolçu Miralem Pyaniç Moskvanın ÇSKA klubu ilə müqavilə imzayacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə “Sport24.ru” saytı məlumat yayıb. Tərəflər daha əvvəl şəxsi razılığa gəlib, ancaq hələ sözləşmə imzalanmayıb.

Pyaniç ÇSKA ilə 1+1 illik sözləşməyə qol çəkəcək. Yaxın zamanda rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

Son klubu Birləşmiş Ərəb Əmirliklərində “Əl Şarca” olan 34 yaşlı futbolçu daha əvvəl Fransada “Mets”, “Lion”, İtaliyada “Roma”, “Yuventus”, İspaniyada “Barselona”, Türkiyədə “Beşiktaş”da forma geyinib.