Premyer Liqa klubundan 60 milyon avroluq transfer

“Everton”un futbolçusu Amadu Onana karyerasını “Aston Villa”da davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Birmingem klubu ilə razılaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

İngiltərə təmsilçisi belçikalı oyunçu üçün 60 milyon avro ödəyəcək.

Onana Belçika yığması ilə Avro-2024-də 4 oyunda meydana çıxıb.