Paytaxt klubu seneqallı ilə gücləndi

“Latsio” heyətini yeni hücumçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, paytaxt təmsilçisi “Salernitana”dan Bulaye Dianı icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə 2 illik icarə müqaviləsi imzalanıb. Forvard “Latsio”da 19 nömrəli formanı geyinəcək.

Seneqal yığmasının da üzvü olan Bulaye ötən mövsümdə A Seriyasında 17 oyunda 4 qol vurub.