“Neftçi”dən ayrıldı, birinci oyununda qol vurdu

“Neftçi”dən “Ximki”yə keçən Reziuan Mirzov yoldaşlıq oyununda fərqlənib.

Futbolpress.az xəbər verir ki, o, komandasının “Xabarovks” ilə keçirdiyi matçda qol vurub. Görüş “Ximki”nin qələbəsiylə başa çatıb – 4:1.

Mirzov iyunun 24-də “Ximki” ilə müqavilə imzalayıb.

Cinah oyunçusu ötən mövsüm “Neftçi”də 25 oyunda 1 qol vurub.