“Neftçi” Azərbaycan Premyer Liqasının XXIII turunda qarşılaşacağı “Qarabağ” klubu ilə matçın hazırlığını başa vurub.
Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb. Bərpa dövrünü davam etdirdiyi üçün fərdi məşğul olan Andrey Ştoqrin, zədəli Elvin Camalov, həmçinin komanda ilə birlikdə məşqdə iştirak etsələr də, hələ tam hazır olmayan Dembo Darbo və Rafael Quzzo “Qarabağ”la görüşü buraxacaqlar.