“Neftçi” 10 ildən sonra…

“Neftçi” Azərbaycan Premyer Liqasının 2023/24 mövsümündə səfər oyunlarında 23 qol buraxıb.

Futbolpress.az xəbər verir ki, bu rəqəm XXXIII turun “Qarabağ”la matçından sonra belə yüksək həddə çatıb.

Bakı klubu rəqib meydanlarında keçirdiyi 17-ci görüşdə antiekordunu təkrarlayıb.

“Neftçi”nin ölkə çempionatları tarixində bir mövsümdə ən çox səfər qolu buraxması 2013/14 mövsümündə qeydə alınmışdı.

Həmin vaxt paytaxt klubu indiki kimi 23 top buraxıb. Həmin göstərici 10 ildən sonra təkrarlanıb.