Naço yenidən milliyə çağırıla bilər

“Real”ın və İspaniya millisinin üzvü Naço Fernandez yenidən yığmaya dəvət ala bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.

Qeyd olunub ki, yığmanın baş məşqçisi Luis de la Fuente müdafiəçini yaxından izləyir. Əgər o qənaətbəxs çıxış edərsə, Almaniyada keçiriləcək Avropa çempionatında yığmanın heyətində yer alacaq.

Naço sonuncu dəfə 2023-cü ildə milliyə dəvət alıb.