MY kamerunlu oyunçu üçün 40 milyon ödəməyə hazırdır

“Mançester Yunayted” “Brentford”un hücumçusu Brayan Mbeumonu heyətinə qatmaq niyyətindədir.

Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar” forvardın transferi uğrunda mübarizədə “Arsenal”ı qabaqlamaq istəyir. Mançester təmsilçisi Mbeumonun transferi üçün 40 milyon funt-sterlinq təklif etməyə hazırdır.

25 yaşlı kamerunlu futbolçunun “Brentford”la müqaviləsi 2026-cı ilin yayına qədərdir.