Xorvatiya millisinin futbolçusu Luka Modriç Avro-2024-də İtaliya ilə oyundan sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi karyerasını bitirməsi ilə bağlı bunları deyib:
“Həmişə futbol oynamaq istəyirəm, amma bunun mümkün olmadığını başa düşürüm. Bir gün karyeramı bitirdiyimi elan edəcəyəm, ancaq nə vaxt olacağını bilmirəm. İndi bu haqda danışmağın vaxtı deyil”.