Millinin Türkiyə sınağı

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Futbolpress.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv Türkiyə yığmasını qəbul edəcək. “Liv Bona Dea Arena”da keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.

Azərbaycan yığması B Liqasının 1-ci qrupunda 3 oyundan sonra 1 xalla sonuncu – 4-cü sıradadır. Türkiyə isə 6 xalla 2-ci pilləni tutub. Lider 9 xalla İsveçrədir. 3-cü sıradakı Macarıstan isə Azərbaycanla eyni xala – 1 sahibdir.

Avropa çempionatı, seçmə mərhələ

4 iyun

19:00 Azərbaycan – Türkiyə