Braziliyalı hücumçu Vaqner Lavın yeni klubu məlum olub.
Futbolpress.az xəbər verir ki, forvard ölkəsinin “Avay” komandasına keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Lav ilə 1 illik müqavilə imzalanıb.
Son klubu “Atletiko” (Braziliya) olan 40 yaşlı hücumçu daha əvvəl Fransada “Monako”, Rusiyada ÇSKA, Türkiyədə “Beşiktaş”, Qazaxıstanda “Kayrat” kimi klublarda forma geyinib.
O, Braziliya yığmasında 20 oyunda 4 qol vurub.